Bakı. Trend:
2026-cı il üçün əhalinin əsas sosial-demoqrafik qrupları üzrəyaşayış minimumunun məbləği müəyyənləşdirilir.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənayevə sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan“Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumuhaqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə300 manat, əmək qabiliyyətli əhali üçün317 manat, pensiyaçılar üçün 245manat, uşaqlar üçün 260 manat məbləğində müəyyənediləcək.
Məlumat üçün bildirək ki, 2025-ci il üçün yaşayış minimumu ölkəüzrə 285 manat, əmək qabiliyyətli əhali üçün305 manat, pensiyaçılar üçün 232manat, uşaqlar üçün 246 manat məbləğində müəyyənedilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ölkə üzrə yaşayış minimumunun15 manat, yəni təxminən 5,26 %artırılması nəzərdə tutulur.
Layihə qəbul ediləcəyi təqdirdə, 2026-cı il yanvarın 1-dənqüvvəyə minəcək.