RU

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranı xəbərdar edib

BAKI,TurkicWorld

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi "Financial Times"a müsahibəsində deyib.

Qrossi bildirib ki, İslam Respublikası ilə İsrail arasında iyun ayında başlayan silahlı münaqişədən sonra MAQATE İranda təxminən onadək yoxlama həyata keçirsə də, agentliyə ABŞ-ın bombaladığı ən mühüm nüvə obyektlərinə – Fordo, Natanz və İsfahan obyektlərinə giriş imkanı verilməyib.

"Belə demək olmaz. Bir yandan nüvə silahlarının yayılmaması haqqında Müqavilə çərçivəsində qalıram, o biri yandan öhdəlikləri yerinə yetirmirəm...Siz MAQATE-dən "yaxşı, müharibə olub, deməli sizə fərqli kateqoriya kimi yanaşırıq" deməsini gözləyə bilməzsiniz. Əks halda, mən nüvə materiallarına tam çıxış imkanımı itirmişəm deməyə məcbur olacağam",- deyə Qrossi xəbərdar edib.

BAEA baş direktoru əlavə edib ki, hələlik yoxlamaların pozulmasına görə məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa ehtiyac yoxdur, lakin əməkdaşlıq ciddi şəkildə yaxşılaşdırılmalıdır.

Избранный
1
1
turkic.world

2Источники