RU

İşsizlikdən Sığorta Fondu 238 milyon manatdan çox gəlir əldə edəcək

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üzrə gəlir və xərcləri məlum olub.

"Unikal" xəbər verir ki, İSF-nin gəlirləri 238 milyon 300 min manat, xərcləri isə 266 milyon 400 min manat proqnozlaşdırılır.

2026-cı ildə işsizlikdən sığortahaqları üzrə yığımların 236 milyon 600 min manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30 milyon 270 min manat və ya 14,67 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3 milyon 30 min manat və ya 1,3 faiz çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar və həmin təşkilatlarda işləyənlər tərəfindən ödəniləcək işsizlikdən sığortahaqları üzrə daxilolmaların proqnozu 51 milyon 900 min manat təşkil edir. 2026-cı ildə işsizlikdən sığortahaqları üzrə daxilolmaların proqnozunun 184 milyon 700 min manatı və ya 78 faizi qeyri-büdcə sektorunun payına düşür.

İSF-nin 2026-cı il üçün xərcləri 266 milyon 400 min manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nisbətən 5 milyon 700 min manat və ya 2 faiz, 2024-cü ilin icra göstəricisinə nisbətən isə 73 milyon 700 min manat və ya 38 faiz çoxdur.

Anar Kəlbiyev

Избранный
48
2
unikal.az

4Источники