RU

Çin heyəti AMEA da

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pekin Xarici Dillər Universitetinin (PXDU) prorektoru, professor Gao Qanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Son illərdə ölkələrimiz arasında elmi əlaqələrin daha da inkişaf etdiyini deyən AMEA prezidenti rəhbərlik etdiyi qurumun Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Honkonq Kore Akademiyası, Pekin Xarici Dillər Universiteti və Hebey Pedaqoji Universiteti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, bir sıra əməkdaşların Çində dil üzrə ixtisasartırma kurslarında iştirak etdiklərini də söyləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığa xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli universitetdə Azərbaycan dili kafedrasının fəaliyyət göstərməsinin Çinin Azərbaycana verdiyi dəyərin ifadəsi olduğunu söyləyib. Çinə səfəri zamanı “Azərbaycan dili” ixtisası üzrə təhsil alan çinli tələbələrə ustad dərsi keçdiyini xatırladan akademik kafedranın kitabxanasına Heydər Əliyev Fondu və AMEA tərəfindən bir çox dəyərli nəşrlərin bağışlandığını bildirib.

Pekin Xarici Dillər Universitetinin prorektoru professor Gao Qanq ölkəmizə ilk dəfə səfər etdiyini və səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Azərbaycanda Çinə olan maraqdan heyrətləndiyini vurğulayıb. 2017-ci ildən universitetdə Azərbaycan dilinin tədris olunduğunu deyən alim ilk məzunlardan ikisinin PXDU-nun Azərbaycan dili kafedrasında müəllim kimi çalışdıqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, onlar ölkələrimiz arasında gələcəkdə elmi əlaqələrin genişlənməsində körpü rolunu oynayacaqlar.

Sonda Azərbaycan Milli Elmlər Akademiyası ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Qonaqlar AMEA Rəyasət Heyətinin binası və Ədəbiyyat İnstitutunun Çin Mərkəzi ilə də tanış olublar.

Q.ƏLİYEVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
6
xalqqazeti.az

8Источники