RU

Gündüz yuxulu olmağın səbəbi nədir?

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Gecə kifayət qədər yatmasına baxmayaraq, gündüz yuxululuq yaşayan insanlar bu vəziyyəti ciddi qəbul etməlidirlər.

Ölkə.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə nevropatoloq Yekaterina Demyanovskaya danışıb.

Mütəxəssis açıqlamasında bildirib ki, normal gündüz yuxululuğu yalnız qısa müddətli yorğunluq və ya yuxusuz gecədən sonra müşahidə olunur:

“Əgər insan gecə normal yatmasına baxmayaraq, gündüz yuxuya meyilli olursa, bu, narahatedici haldır. Belə vəziyyət uzun müddət davam edirsə və gündəlik fəaliyyətə mane olursa, səbəbi araşdırmaq lazımdır".

Həkimin sözlərinə görə, gündüz yuxululuğunun ən çox rast gəlinən səbəblərindən biri yuxu zamanı nəfəsalma pozğunluqları, yəni obstruktiv yuxu apnoe sindromudur. Bu zaman insan bir neçə saniyə və ya dəqiqəlik nəfəs almanı dayandırır, nəticədə beyin kifayət qədər oksigen qəbul etmir:

“Bu vəziyyət yuxunun dərin mərhələsinə keçməyə mane olur. Səhər insan istirahət etməmiş kimi hiss edir və gün ərzində özünü çox yorğun hiss edir.

Gündüz yuxululuğu bəzən hormonal və maddələr mübadiləsi pozğunluqlarına da işarə edir. Məsələn, hipotiroidizm zamanı maddələr mübadiləsi zəifləyir və orqanizm “enerjiyə qənaət rejiminə” keçir. Oxşar hallar şəkərli diabet, qanazlığı, xroniki iltihablar və D vitamini çatışmazlığı zamanı da müşahidə oluna bilər.

Yuxululuğun psixoemosional səbəbləri də var. Uzunmüddətli stress, depressiya və ya asteniya zamanı insan daim yuxuya meyilli olur, diqqəti azalır və apatiya yaranır.

Orqanizm bu yolla özünü həddindən artıq gərginlikdən qorumağa çalışır. Bu nə tənbəllik, nə də zəiflik deyil, sadəcə fizioloji müdafiə reaksiyasıdır".

Onun sözlərinə görə, həddindən artıq gündüz yuxululuğu yalnız iş qabiliyyətini azaltmaqla qalmır, həm də sağlamlıq üçün risk yaradır. Belə insanlar daha çox yol-nəqliyyat hadisələrinə düşür, məişət xəsarətləri alır və işdə səhvlər edir. Ən əsası isə bu hal ürək, metabolizm və ya yuxu ilə bağlı ciddi problemlərin ilk əlaməti ola bilər.

Həkim tövsiyə edib ki, belə vəziyyətdə insanlar problemi görməzlikdən gəlməsin və kifayət qədər yatsalar da gündüz daim yuxuludurlarsa, terapevtə və ya somnoloqa müraciət etsinlər. Həkim zəruri analizlər və yuxunun xüsusi müayinəsi, polisomnoqrafiya təyin edə bilər:

“Əsas məsələ yorğunluğa öyrəşməmək və bunu normal hal saymamaqdır. Orqanizm hər zaman xəbərdarlıq siqnalı verir. Sadəcə çoxlu qəhvə içmək əvəzinə, gündüzlər niyə yuxulu olduğunuzu anlamaq vacibdir".

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
olke.az

2Источники