RU

“Olivia” Zeytun Festivalında Video Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu il keçirilən Zeytun Festivalı bir çox yerli brend və istehsalçıların iştirakı ilə möhtəşəm şəkildə baş tutub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə öz stendi ilə yer alan “Olivia Beauty&Care” ziyarətçilərin ən çox maraq göstərdiyi iştirakçılardan biri olub. 

Festival günlərində “Olivia” stendi həm informativ, həm də əyləncəli atmosferi ilə seçilib. Burada qonaqlar xüsusi aparat vasitəsilə dərilərinin pulsuz analizini etdirə, interaktiv çarx oyununda iştirak edərək hədiyyələr qazana, saç və dəriyə qulluq məhsullarını endirimli qiymətlərlə əldə edə biliblər. Bu fəaliyyətlər fonunda “Olivia” stendi festivalın canlı nöqtələrindən birinə çevrilib. 

Tədbir zamanı Leyla xanım Əliyeva da “Olivia” stendinə yaxınlaşaraq həm brendin fəaliyyəti ilə maraqlanıb, həm də məhsullarla yaxından tanış olub. Onun ziyarəti “Olivia” komandası tərəfindən böyük sevinc və həvəs ilə qarşılanıb.

Stereotipləri qıran, qadınlara özgüvən aşılayan “Olivia Beauty & Care” 2022-ci ildən etibarən Bakı və bölgələrdəki 50 mağazası, keyfiyyətli kosmetik məhsulları, peşəkar xidməti və müasir yanaşması ilə Azərbaycan kosmetika bazarının liderlərindən birinə çevrilib. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
2
qafqazinfo.az

3Источники