RU

ABŞ-da təyyarə qəzası: ölənlər və çoxsaylı yaralı var - Video

ABŞ-da

ABŞ-da yük təyyarəsi qəzaya uğrayıb.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, “MD-11” təyyarəsi UPS Vorldport-dan Luisvill Məhəmməd Əli Beynəlxalq Hava Limanına yola düşərək Havay ştatının Honoqula şəhərinə gedirmiş.

Qəza nəticəsində yeddi nəfər həyatını itirib.

Kentukki qubernatoru Endi Beşir deyib ki, daha 11 nəfər “çox ağır” yaralanıb.

“Kimin dəqiq öldüyü hələ də məlum deyil. Ölənlərdən dördü təyyarədə olmayıb”, - deyə Luisvill yanğınsöndürmə xidmətinin rəisi Brayan Onil bildirib.

Videoda təyyarənin sol qanadında alovlar və tüstü izi görünür. Daha sonra təyyarə yerdən bir qədər qalxaraq yerə çırpılaraq partlayıb və böyük bir alov yaradıb. Sakinlər bir-birinin ardınca səmada partlayan bir neçə alov topunun videosunu çəkiblər. Videoda həmçinin uçuş-enmə zolağının sonuna yaxın bir binanın dağılan damının hissələri də görünür.

Aviasiya üzrə vəkil Pablo Rojas hesab edir ki, videoya əsasən, təyyarə qalxmağa çalışarkən mühərriklərdən birinin yaxınlığında sol tərəfdə yanğın baş verib.

Təyyarənin daşıdığı çoxlu yanacaq nəzərə alınmaqla, yanğın bu ərazidə baş verdikdən sonra partlayış və ya yanğının əhəmiyyətli dərəcədə yayılması yalnız an məsələsi olub.



V. QULİYEV
Избранный
28
reyting.az

1Источники