Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə 1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, yerli vaxtla saat 11:20-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.