Ermənistan və Türkiyə İrəvan və Gümrüyə uçuşların sayını artırmaq barədə razılığa gəliblər.
Misisya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirilən illik iki günlük “Orbeli Forumu: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” beynəlxalq tədbirində çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, iki ölkə arasında nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi regionda sülh və əməkdaşlığın güclənməsinə töhfə verəcək.
Seyranə QuliyevaMissiya.Az