RU

Tarixi Qələbənin əbədi izləri- ÖZƏL

"Azərbaycan xalqı əsrlərlə azadlıq, ədalət və müstəqillik uğrunda mübarizə aparmış, bu mübarizənin ən şanlı səhifəsini 8 Noyabr 2020-ci ildə - Zəfər Günü yazmışdır. Bu gün tariximizin, milli kimliyimizin və dövlətimizin qüdrətinin rəmzinə çevrilmişdir. Azərbaycan Ordusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 gün ərzində misilsiz igidlik göstərərək torpaqlarımızı işğaldan azad etmiş, dövlətimizin suverenliyini tam bərpa etmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatında Gənclər Birliyinin sədri Anar Məmmədov deyib: "Bu qələbə xalqımızın əsrlər boyu davam edən ədalət axtarışının, milli birliyin və qətiyyətin nəticəsidir. Hər bir azərbaycanlı üçün 8 Noyabr, yalnız bir tarixi hadisə deyil - qürur, minnətdarlıq və milli oyanış günüdür. Zəfərin simvolu olan Şuşa şəhərinin azad olunması, təkcə hərbi nailiyyət deyil, həm də xalqımızın mənəvi iradəsinin, vətən sevgisinin və inamının ən uca təcəssümüdür. Bu gün Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız ucalır, şəhidlərimizin ruhu dualarla yad edilir, xalqımız qürurla "Biz qalib xalqıq!" deyir.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun peşəkarlığı və xalqımızın əzmi bir araya gələrək tarixdə görünməmiş bir həmrəylik nümunəsi yaratdı. Zəfər Günü həm də Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun, milli birliyin və dövlət-xalq etimadının təntənəsidir. Bu gün biz böyük fəxrlə deyə bilərik ki, 8 Noyabr - yalnız bir qələbənin deyil, bütöv Azərbaycanın, əbədi birlik və gücün bayramıdır. Bu tarixdən ilham alan xalqımız inamla gələcəyə addımlayır, bərpa olunan Qarabağ torpaqları inkişaf, dirçəliş və sülhün mərkəzinə çevrilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
49
olaylar.az

1Источники