RU

Putindən Azərbaycana yeni “sürpriz”: “Yeni Naxçıvan Yeparxiyası” kartı

Bir neçə gün əvvəl xəbər vermişdik ki, MDB Dövlət Başçıları Şurasının qərarı ilə Qafan 2026-cı ilin Gənclər Paytaxtı elan edilib.

Ermənistan- Azərbaycan arasındakı müharibə və münaqişə bitəndən, sülh sazişinə hazırlıqlar başlayandan sonra regionda Rusiyanın qismən də olsa əli-qolu bağlandı.

Putinin “xətdə qalmaq” oyunları..

Yadınızdadırsa, hələ 2023-cü ildə Ermənistan ərazisində KTMT təlimləri keçirməyə razı olmadığını bildirmişdi. Ermənistan daha sonra da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərindən imtina etdi. Hətta 2024-cü ildə Astanada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilərkən Paşinyan sesiyaya getmədi.

Elə həmin ili – 2023- cü ildə Ermənistan parlamenti Roma statutunu qeyd-şərtsiz ratifikasiya etdi. Bilirsiniz bu sənəd – Ermənistanda Roma statutu təsdiqlənməsi o deməkdir ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedərsə həbs olunmalıdır. Hətta Kremlin sözçüsü Dmitri Peskov isə Ermənistan parlamentinin qərarını düşmənçilik kimi qiymətləndirdi.

Daha sonra – ötən ilin son günlərində isə Ermənistan Baş naziri Nikol Paşinyan bildirdi ki, Rusiya qoşunları Ermənistan-İran sərhədindən çıxarılıb.

Bütün Rusiyaya, eyni zamanda Putinə qarşı bu addımları atan Ermənistanın tezliklə cəzalandılıacağı həyəcanla gözlənilirdi. Hətta qeyri-rəsmi söhbətlərdə tezliklə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının tezliklə ərazidən çıxarılacağı da deyilirdi.

Maraqlıdır ki, Ermənistan iqtisadi olaraq Rusiyadan asılı olduğu halda bu addımları atır. Sanki vurulmayacağını bilir, Gürcüstanın, Ukraynanın gününə salınmayacağından əmindir.

Rusiya yaratdığı “bala”ya qıymaz…

Bəli, unutmuruq ki, Ermənistanı yaradan, onu dövlət edən Rusiyadır. Heç bir halda “sənətkar” öz əsərini yandırmaz .Yəni, belə hal olubsa da çox nadir haldır.

Rusiya o səbəbdən Ermənistanı vurmur.Rusiyanın “ərköyün balası” olduğunu tam anlayır. Çünki yer üzündə elə bir millət yoxdur ki, xəyanəti, nankorluğu, acgözlüyü, yalanı, həyasızlığı bu xalq qədər bacarsın! və Putin, eləcə də bütün var olmuş sovet rəhbərlərinə ən sərf edən alət olublar. Yəni nadürüstlükdə nadir nüsxədirlər.

Buna baxmayaraq Rusiya, daha dəqiq , prezident Vladimir Putin Azərbaycan- Ermənistan arasındakı razılaşmaları, sülhə doğru gedən addımları həzm edə bilmir, barış bilmədi. Müharibədən əvvəlki illərdəki kimi “əl-qolunun” geniş açılması üçün əlindən gələni edir.

Elə 2022-ci ildə Qafanda konsulluq açmaq istəyi də bu səbəbdən bu günkü günə qədər gündəmdən düşmür. Bir yolla revanşist ermənilərin içərisinə girmək, onların qalib Azərbaycana tükənməz nifrətindən istifadə edərək kövrək sülh münasibətlərinə zərbə endirmək, sülhü tənzimləməyə ciddi-cəhdlə girişmiş Ermənistan baş naziri Nikol Paşinyanı devirmək kimi planlarRusiyanın gündəmində olduğunu anlamayan yoxdu. İstər Ermənistanda, istərsə də Azərbaycanda müharibənin olmasını istəməyən insanlar Putinin çabalarını aydın şəkildə görür.

21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan və Ermənistan ekspert cəmiyyətinin nümayəndələrinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə Yerevanda ikitərəfli dəyirmi masa keçirildi. Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. Bəli, tərəflər 3-cü tərəf olmadan da anlaşa bilir, bir-birinə yaxınlaşa bilir.

Putinin əlindəki növbəti kart:“Yeni Naxçıvan Yeparxiyası

Yenə də Putin ümid edir ki, Ermənistan hökümətinin qərarlarından incik qalmış erməniləri, xüsusən revanşisti ələ alıb, planlarını həyata keçirə bilər.

Əslində belə düşünənlər yanılmayıblar. Çünki bəzi erməni mediasının fərəhlə yayınladığı növbəti xəbər fikirlərimizi təsdiq edir. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Erməni Apostol Kilsəsinin Rusiya və “Yeni Naxçıvan Yeparxiyası”nın rəhbəri arxiyepiskop Yezrasa (Mkrtiç Nersisyan) “Aleksandr Nevski” ordenini təqdim edib. Putin bu mükafatı erməni katalikosa noyabrın 4-də Milli Birlik Günü münasibətilə verib.

İki nüansı oxucularımızın diqqətinə çatdırmaq istəyirm:

Niyə “Yeni Naxçıvan Yeparxiyası”, niyə arxiyepiskopun mükafatlandırılması?

Əvvəlcə ondan başlayaq ki, uzun müddətdir Paşinyan-kilsə qarşıdurması nəinki Ermənistanda, eləcə də, ermənilərin yaşadığı bütün ölkələrdəki, şəhərlərdəki erməni icmalarında iki cəbhə yaradıb. Paşinyanpərəst və kilsəpərəst cəbhələrə bölünən ermənilərə Putin bu jesti ilə təsir göstərməyə onları Paşinyana qarşı yönləndirmək üçün arxiyepiskop Yezrası seçdiyini ortaya qoyur.Subniminal mesaj budur: Ermənilər siz Paşinyanın deyil kilsənin yanında olsanız mən sizi də qiymətləndirəcəyəm!

2-ci nüans isə “Yeni Naxçıvan “ adlı təxribatçı Yeparxiya!

Bilirsiniz ki, ermənilər 1813-28-ci illərdə qədim Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana Rusiya tərəfindən köşürülüb. Naxçıvanda yerli əhali çox olduğundan qaçqın ermənilərin böyük bir qismi oradan qaçaraq Rusiyanın Rastov-Don vilayətinə köçdülər. Hətta orada “Yeni-Naxçıvan “ adlı bir yaşayış yeri yaradıblar. Əslində “ Naxçıvan Yeparxiyası”da hələ 1966 -c ildən mövcud olsa da 2013-cü ildə adının qarşısına Yeni sözü əlavə edərək, erməniləri azərbaycanlılara və türklərə qarşı daha sıx birləşdirdilər.

Putinin Paşinyandan incik erməniləri “Yeni Naxçıvan “ adlı təxribatçı Yeparxiyanın bayrağı altında birləşdirmək, mübarizəyə həvəsləndirmək planı Azərbaycan üçün arzuolunmaz sürprizlər hazırlandığının sübutudur!

Əntiqə Rəşid

 

 

 

 

 

 

 

 

Избранный
36
nocomment.az

1Источники