RU

İşsizlikdən sığorta fondunun xərcləri ARTIRILIR

Yazını böyüt
Yazını kiçilt

2026-cı il üçün işsizlikdən sığorta fondunun xərclərinin artımı proqnozlaşdırılır. Növbəti ildə fondun ümumi xərcləri 266,4 milyon manat həcmində nəzərdə tutulur ki, bu da 2025-ci illə müqayisədə 2,2 faiz və ya 5,7 milyon manat çoxdur.

Hafta.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Əmək və sosial siyasət, həmçinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, fondun xərclərinin 238,3 milyon manatı növbəti ilin proqnozlaşdırılan gəlirləri hesabına (2025-ci illə müqayisədə 15,5 faiz artım), 28,1 milyon manatı isə fondun əvvəlki illərdə formalaşdırılmış ehtiyat mənbələri hesabına maliyyələşdiriləcək.

Layihəyə əsasən, artımın əsas məqsədi işsizliyin azaldılması, məşğulluq proqramlarının davamlılığının təmin edilməsi və əmək bazarında sosial müdafiə mexanizmlərinin gücləndirilməsidir.

Избранный
7
4
hafta.az

5Источники