RU

Keçmiş məcburi köçkünlərə aylıq müavinət üçün ayrılan vəsait açıqlandı

"Növbəti ildə müavinət və təqaüdlərin ödənilməsi üçün 2,1 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi üçün 465 milyon manat nəzərdə tutulub".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov deyib.

Nazir müavini keçmiş məcburi köçkünlərə aylıq müavinətin verilməsi və digər tədbirlər üçün 285 milyon manat, sosial cəhətdən həssas qrupdan olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə isə 60 milyon manat vəsait nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Избранный
2
18
adalet.az

10Источники