RU

Moskva və Tehran ABŞ nin TRIPP də iştirakı ilə bağlı narahatlıq ifadə etməyib

Missiya.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Moskva və Tehran TRIPP layihəsində Amerika şirkətinin mümkün iştirakı ilə bağlı narahatlığını bildirməyib.

Missiya.Az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu İrəvanda keçirilən “Orbeli Forumu: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” adlı illik iki günlük beynəlxalq tədbirdə çıxışı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O bildirib ki, Ermənistanda ABŞ-nin iştirakı ilə şirkətlər, eləcə də xarici kapitala (Argentina, Çin və s.) malik çoxsaylı şirkətlər fəaliyyət göstərir.

"TRİPP layihəsinin həyata keçilrilməsi üçün Amerika tərəfi ilə danışıqlar aparılır. Yolun tikintisi və gündəlik idarə olunması erməni-amerikan şirkəti tərəfindən həyata keçirilməlidir. Lakin bu, Amerikanın infrastruktur üzərində nəzarətini nəzərdə tutmur. Suverenlik və hakimiyyətlə bağlı bütün məsələlər həll edilib və imzalanaraq dərc olunmuş sənədlərdə öz əksini tapıb",- Mirzoyan qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
missiya.az

2Источники