RU

DSMF nin ödənişləri 8,2 milyard olacaq 788 milyonluq artım

Bakupost saytına istinadən ain.az xəbər verir.

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır. Bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.

Bakupost.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında bildirib. Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. “2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur”, - nazir Anar Əliyev qeyd edib. Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
1
www.bakupost.az

2Источники