RU

Dövlət büdcəsində uşaqlara qulluq, doğuş və dəfn üçün ayrılan vəsait artırılır

Əvvəlki illərdə olduğu kimi, cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 49 % və 50,4% olmaqla Beynəlxalq Əmək təşkilatının sosial təminatının minimum normaları haqqında Konvensiyasına cavab verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuşa görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə, dəfn müavinətləri üçün olan xərclər büdcədə artırılır: “Gələn il şəhid ailələri, qazilər, pensiya və müavinət alan bütün vətəndaşlarımızın sosial rifah halının yaxşılaşması üçün etibarlı təminat yaradılacaq”.

Избранный
8
12
operativmm.az

10Источники