Idmanxeber.az saytından alınan məlumata görə, ain.az bildirir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.
İdmanxeber.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi “Çelsi”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın 6 xalı var.
5 noyabr
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
Baş hakim: Sebastian Qishamer (Avstriya)
Tofiq Bəhramov adına Respublika Stadionu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.