Yevlaxda 37 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərinin ərazisində yerləşən “Həmdəm” hotelində baş verib.
Hoteldə qalan 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimli dərmandan zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ölən Elkin Kərimli vəkildir ("Fortiori" vəkil bürosunun üzvü).
O, 2019-cu ildə imtahanda iştirak edərək vəkilliyə qəbul olunub. Vəkil kimi Bakıda fəaliyyət göstərib.