RU

FHN Naxçıvanda mülki müdafiə təlimi keçirdi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad şəhəri, Şəhriyar qəsəbəsində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Təlimdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi, Əlahiddə Ümumqoşun Ordunun müvafiq bölmələri, Ordubad Rayon Polis Şöbəsi, Təcili Tibbi Yardım Xidməti, rayonun Fövqəladə Hallar Komissiyası, mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

Tədbirdə, mülki müdafiə dəstələrinə sıra baxışı keçirildikdən sonra təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Избранный
8
8
publika.az

10Источники