RU

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın rəhbərliyini və kollektivini təbrik edib

Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Səncər AMEA-nın kollektivini 80 illik yubiley münasibətilə təbrik edib. Təbrik məktubunu Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri professor Məsud Əfəndiyev vasitəsilə göndərib. M.Əfəndiyev təbrik məktubunu Azərbaycan Milli Elmlər Akademiyanın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirib.

Məktubda deyilir:

“Əziz dostum Məsud,

Azərbaycan xalqı bilir ki, Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var və mən hər zaman özümü Azərbaycan mədəniyyətinin bir parçası hesab edirəm, hətta daha artıq – mən Azərbaycanlıyam! Mən Azərbaycan mədəniyyətinin böyük təsiri altında böyümüşəm və bir neçə dəfə Azərbaycanda olmuşam, xüsusilə də sizinlə birgə bir sıra mühüm elmi tədbirlərdə iştirak etmişəm.

AMEA Azərbaycan xalqının elmi sferasında mühüm rol oynayıb, oynayır və oynayacaq, öz güclü elmi potensialını Azərbaycan xalqının gözəl gələcəyi naminə səfərbər edir.

Xahiş edirəm, bu mühüm hadisə münasibətilə AMEA rəhbərliyinə mənim səmimi salamlarımı çatdırın. Azərbaycan Milli Elmlər Akademiyasına, onun rəhbərliyinə və bütün üzvlərinə böyük elmi nailiyyətlər arzulayıram. Ümid edirəm ki, tezliklə sizinlə birlikdə bizim gözəl ölkəmiz - Azərbaycanı yenidən ziyarət edəcəyəm.

Tanrı Türkü qorusun!

Hörmətlə,

Sizin dostunuz Əziz!”

XQ

Избранный
31
5
xalqqazeti.az

6Источники