RU

“ Festival Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq fəlsəfəsinin ifadəsidir” Ramin Məmmədov

ain.az bildirir, Metbuat portalına istinadən.

“Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur. Ölkəmiz beynəlxalq aləmdə sülh və sabitliyin hökm sürdüyü nadir nümunələrdən biri kimi tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr isə bu mühiti daha da möhkəmləndirir, Azərbaycanın multikultural dəyərlərini dünya miqyasında tanıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri “Fərqliliyin rəngi” festivalında çıxışı zamanı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Bu festival da Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir. Bir müddət öncə Dövlət Suverenliyi Gününü qeyd etdik. Üç gün sonra isə Azərbaycan tarixinin ən şanlı tarixini – Zəfər Gününü qeyd edəcəyik. Tarixə qızıl hərflərlə yazılan bu qələbələr xalqımızın azadlıq, ədalət və milli birliyə sarsılmaz inamının təntənəsidir. Suverenlik və Zəfər — Konstitusiyamızın, dövlətçiliyimizin və birliyimizin təməl sütunlarıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
1
metbuat.az

3Источники