RU

Rusiyanın Surqut şəhərində baş verən yanğında 7 nəfər həlak olub

Moskva, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-nə keçən gecə Rusiyanın Surqut şəhərinin yaxınlığındakı “Pribrejnıy-1” bağçılıq kooperativində dördü uşaq olmaqla yeddi nəfərin həyatına son qoyan güclü yanğın baş verib.

AZƏRTAC Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ikimərtəbəli bağ evi alovlanıb. Yanğınsöndürənlər gələnə qədər dam örtüyü uçub və dağıntılar altından üç yetkin və dörd uşağın cəsədi tapılıb. Yanğını təxminən iki saatdan sonra, yalnız səhər saatlarında söndürmək mümkün olub. Üç nəfər xilas ola bilib, onlardan biri yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, faciəyə elektrik naqillərinin nasazlığı və ya istilik sistemi səbəb ola bilər. Bağ evində yaşayan ailə uşaqların müdafiəsi orqanlarında qeydiyyatda olub.

Yuqra Səhiyyə İdarəsi bildirib ki, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. Sağ qalan digər iki nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
45
3
azertag.az

4Источники