RU

Balakəndə yol qəzasında xəsarət alan sürücü ölüb

İki gün əvvəl Balakən rayonunun Şərif kəndi ərazisində baş verən qəzada xəsarət alan sürücü ölüb. SİA-nın bölgə müxbirinin məlumatına görə, Şərif kənd sakini Yaqub Yaqubovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qum topasına çırpılıb. Nəticədə sürücü Yaqub Yaqubov və sərnişini Ramazan Qebeyev müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü Yaqub Yaqubov ölüb. Sərnişinin müalicəsi isə davam etdirilir.

Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.

Избранный
9
4
sia.az

5Источники