RU

Bellinqem bunu bacaran ən gənc futbolçudur

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu Cud Bellinqem Çempionlar Liqasında yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, o, bunu ötən gecə Liqa mərhələsinin 4-cü turunda "Liverpul"la matçda iştirak etməklə bacarıb.

Nəticədə Bellinqemin ÇL-də çıxdığı görüşlərin sayı 50-yə yüksəlib. Bununla da 22 yaş 128 günlüyündə olan yarımmüdafiəçi turnirdə 50 oyun həddinə çatan ən gənc futbolçu adını qazanıb.

Qeyd edək ki, ingiltərəli oyunçu 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir.

Избранный
24
2
teleqraf.com

3Источники