RU

İstanbul Universitetinin dekanı: Zəngəzur dəhlizinin açılması bütün region üçün çox faydalı olacaq

Bakı, 5 noyabr, AZƏRTAC

Zəngəzur dəhlizinin açılması bütün region üçün çox faydalı olacağını düşünürəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İstanbul Universiteti Hüquq fakültəsinin dekanı professor doktor Fethi Gedikli söyləyib.

O bildirib ki, bu, yalnız Azərbaycan deyil, həm də region ölkələri üçün böyük bir nəqliyyat, yükdaşıma potensialı yaradacaq və hər kəs bundan faydalanacaq.

“Zənnimcə, bu dəhliz münasibətləri daha da genişləndirəcək. Həm ticarət əlaqələrini, həm sosial münasibətləri, həm də mədəni əlaqələri gücləndirəcək. Bu baxımdan onun tezliklə fəaliyyətə başlamasını səbirsizliklə gözləyirik”, - deyə professor vurğulayıb.

F. Gedikli əlavə edib ki, uzun illər, bəlkə də onilliklər boyu bu regionun, bu dəhlizin bağlı qalması iqtisadi və mədəni inkişaf baxımından zərərli olub. İndi isə bu zərərlərin aradan qaldırılması yeni bir əməkdaşlıq mərhələsinin başlanğıcı olacaq. Bu imkanın yaranması bizi sevindirir.

Избранный
64
2
azertag.az

3Источники