RU

Ağır təyyarə qəzası, Ölənlər var...

ABŞ-nin Kentukki ştatında yerləşən Luisvill Beynəlxalq Hava Limanında yük təyyarəsi havaya qalxarkən qəzaya uğrayıb və partlayıb.

Gundem.az “BBC News”-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 17:15 radələrində baş verib.

Partlayış zamanı yaxınlıqdakı müəssisələrə zərər vurub, hava limanı ətrafındakı binalar alova bürünüb.

Son məlumata əsasən, faciə nəticəsində azı 7 nəfər həlak olub. Yerli hakimiyyət orqanları 11 nəfərin müxtəlif dərəcəli xəsarətlərlə tibbi yardım aldığını təsdiqləyib. Lakin bu sayın arta biləcəyi bildirilib.

Havay adalarına uçan təyyarənin göyərtəsində qəza zamanı 144 min litr yanacaq olub.

Hava limanı giriş və çıxış üçün bağlanıb. Hadisə yerində 100-dən çox yanğınsöndürən çalışıb. Hadisənin səbəbləri araşdırılır.

 

Избранный
8
1
gundem.az

2Источники