RU

“Boz kardinal” Gültəkin Hacıbəyliyə evlər veribmiş – Sənədlər

Qeyd etdiyimiz kimi,Ramiz Mehdiyevə bağlı olan şəxslərin siyahısında keçmiş deputat,hazırda müxalifət cəbhəsində olan Gültəkin Hacıbəylinin də adı var.Bu mövzuda yayılan xəbərlərdən sonra Gültəkin Hacıbəyli özünü təmizə çıxarmaq üçün müxtəlif tip təzadlı açıqlamalar verib.O,şəxsi facebook profilində barəsində yayılan xəbərlərin yalan olmasını qeyd etsə,də reallıq və əldə olan faktlar bunun əksini deməyə əsas verir

Bəs,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevlə necə “dostlaşıb” və bunun müqabilində nələrə nail olub? 

Oxu24.com bunlarla bağlı özəl mənbədən səhih məlumatlar əldə edib. 

Məlum olub ki,Gültəkin Hacıbəyli ilə Ramiz Mehdiyevin əlaqələri hələ uzun illər əvvələ gedib çıxır. Belə ki,G.Hacıbəylinin deputat seçilməsində R.Mehdiyevin də xeyir-duası olub. Bu,əlaqələr G.Hacıbəyli deputat olduqdan sonra daha da dərinləşib.

Oxu24.com-un əldə etdiyi faktlardan görünür ki, Ramiz Mehdiyevin birbaşa sahibi olduğu binalarda Gültəkin Hacıbəyliyə iki ev hədiyyə edilib.Sayt həmin mənzillərin ünvanı və sənədləri barədə dəqiq məlumatlar əldə edib

Söhbət Nəsimi rayonu,Dilarə Əliyeva küçəsi 251 A ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksindən gedir. Həmin binaların Ramiz Mehdiyevə məxsus olması heç kəsə sirr deyildir.Bu həm sənədlərlə,həm də,həmin binada yaşayan sakinlərin ifadələri ilə öz təsdiqini tapır.El arasında da sözügedən tikililər “Ramiz Mehdiyevin evləri” adlandırılır.Həmçinin Ramiz Mehdiyevə məxsus olduğu deyilən bir neçə şirkətin də hüquqi ünvanı məhz bu küçədə yerləşən mənzil göstərilir.

Məlum olur ki, R.Mehdiyev Gültəkin Hacıbəylini “mükafatlandırmaq” məqsədi ilə bina tikilən ərəfədə,2005-ci ildə ona iki mənzil həddiyə edib. Bina istismara verilən tarixdən Hacıbəyli orada yaşasa da,evin sənədləşməsi və çıxarışların alınması 2008-ci ilə təsadüf edir.Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır.Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir.Əldə etdiyimiz məlumata görə,G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.

Eyni binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən daha bir mənzil bağışlanıb. Bu mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə G.Hacıbəyli özü tək yaşayır.

Onu da qeyd edək ki, Gültəkin Hacıbəyli Azərbaycan Respublikası Milli Məclisinin (II və III çağırış) deputatı olub.Bu isə 2000-2010 -cu illəri əhatə edir.Mənzillərin də ona deputat olduğu zamanda verildiyi bir daha sənədlərlə və tarixlərlə təsdiqlənir.

Sonda bir sual açıq olaraq qalır: Əgər,Gültəkin Hacıbəylinin özünün dediyi kimi,Ramiz Mehdiyevlə heç bir əlaqəsi olmayıbsa,onun birbaşa rəhbərliyi ilə tikilən binada mənzillərə necə sahib olub?

Bu suala cavab almaq məqsədi ilə hazırda Türkiyədə olan Gültəkin Hacıbəyli ilə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədi.

Oxu24.com G.Hacıbəylinin söz haqqını tanıyır və yazıda təqdim edilən faktlarla bağlı onun da mövqeyini işıqlandırmağa hazırıq.

Araşdırma Oxu24.com tərəfindən edilib.

 

Избранный
92
2
bakuinfo.net

10Источники