RU

Gələn il elm və təhsilə 5,2 milyard ayrılacaq

Gələn il elm və təhsilə 5,2 milyard ayrılacaq

“2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur”.

Bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, bu, cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə isə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur.

“Gələn il dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616,0 milyon manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 48,0 milyon manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 412,0 milyon manatı təhsil xərcləri, 177,0 milyon manatı təqaüd xərcləri, 27,0 milyon manatı isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək”, - deyə nazir müavini bildirib.

Избранный
11
7
afn.az

8Источники