RU

“Qarabağ” “Çelsi”yə qarşı: Hər iki komandanın 6 xalı var

“Qarabağ” “Çelsi”yə qarşı: Hər iki komandanın 6 xalı var

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü turun oyunları keçirilir.

Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq.

Təmsilçimiz Qurban Qurbanovun rəhbərliyi ilə Bakıda İngiltərə nəhəngi “Çelsi”-ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

“Çelsi” hazırda turnir cədvəlində 13-cü, “Qarabağ” isə 15-ci pillədə qərarlaşıb. Hər iki komandanın aktivində 6 xal var.

Xatırladaq ki, “Qarabağ” “Çelsi” ilə artıq iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0:6, Bakıda isə 0:4 hesabı ilə rəqibinə uduzub.

5 noyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 4-cü tur

21:45. “Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)

Baş hakim: Sebastian Qishamer (Avstriya)

Məkan: Tofiq Bəhramov adına Respublika Stadionu

Избранный
13
10
afn.az

10Источники