RU

Məcburi köçkünlərə bu qədər vəsait ayrıldı

Keçmiş məcburi köçkünlərə aylıq müavinət üçün ayrılan vəsait açıqlanıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Növbəti ildə müavinət və təqaüdlərin ödənilməsi üçün 2,1 milyard manat, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi üçün 465 milyon manat nəzərdə tutulub. Keçmiş məcburi köçkünlərə aylıq müavinətin verilməsi və digər tədbirlər üçün 285 milyon manat, sosial cəhətdən həssas qrupdan olan şəxslərə sosial xidmətlərin göstərilməsi məqsədilə isə 60 milyon manat vəsait nəzərdə tutulub”, - nazir müavini bildirib. pizza


Telegram kanalımız
Избранный
5
18
yenisabah.az

10Источники