RU

Sergey Şoyqu:”Cənubi Qafqazda sülh işırtıları var”

Rusiya Cənubi Qafqazda vəziyyətin tədricən sabitləşdiyini və sülh prosesində müəyyən irəliləyiş müşahidə olunduğunu bildirir. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada keçirilən MDB Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışı zamanı bəyan edib.

Şoyqunun sözlərinə görə, Cənubi Qafqazda ümumi vəziyyət yaxşılaşma əlamətləri göstərir, lakin sülh prosesi regional səviyyədə dərinləşməlidir.

“Biz hesab edirik ki, sülh prosesi ilk növbədə regional ölçülərə malik olmalıdır. Bu kontekstdə 3+3 Platformasının Məşvərət Qrupunun işinin bərpası vacibdir,” – deyə Şoyqu vurğulayıb.

Rusiya rəsmisi əlavə edib ki, sülhün möhkəmlənməsi üçün ən əsas məsələlərdən biri regionda nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasıdır. O xatırladıb ki, bu istiqamətdə üçtərəfli işçi qruplar çərçivəsində daha əvvəl müəyyən razılaşmalar əldə olunub və onların icrası hazırda prioritet təşkil edir.

Şoyqu qeyd edib ki, Moskva Cənubi Qafqazda dialoqun bərpası və əməkdaşlığın genişləndirilməsini regional təhlükəsizliyin əsas şərtlərindən biri kimi görür.

Избранный
120
veteninfo.az

1Источники