RU

Poroşenko: Zelenskiyə görə Ukraynaya dəstək dayandırıla bilər

BAKI, 5 noyabr. TELEQRAF

“Volodimir Zelenski hakimiyyəti dövründə avtoritar meyllərin artması Ukraynaya Qərbin dəstəyini təhlükə altına qoya bilər”.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Petro Poroşenko deyib.

“Tənqidçilər hədəfə alınanda, antikorrupsiya fəalları təzyiq altına düşəndə, bu, xaricdəki Ukrayna dəstəkçilərinə Ukraynaya yardımı dayandırmaq üçün arqument verir”, - o qeyd edib.

Poroşenkonun sözlərinə görə, Zelenski öz hakimiyyətini möhkəmləndirən addımlar atır və bu prosesə mane olmağa çalışanları siyasi səhnədən uzaqlaşdırır:

“Ukraynanın tərəfdaşları hələ də açıq siqnal göndərə bilərlər ki, müstəqil jurnalistlər, antikorrupsiya qurumları və siyasi müxalifətə qarşı təzyiqlər qəbuledilməzdir, bunu bildirərkən də, Ukraynaya dəstəyi azaltmadan davam etsinlər”.

Избранный
46
teleqraf.com

1Источники