RU

İstanbulda ispandilli ədəbiyyat günləri - 3-cüİberoamerikalı Yazıçılar Görüşü başlayır

Noyabrın 11-də ispan dilində yazan aparıcı ədibləri bir araya gətirən İberoamerikalı Yazıçılar Görüşü ("El Encuentro de Escritores Iberoamericanos") başlayacaq.

Kulis.az xəbər verir ki, bu il həm İstanbulda, həm də Ankarada keçiriləcək görüş silsilə tədbirlərlə mədəni müxtəlifliyi və ədəbi dialoqu qeyd edəcək.

İstanbulun mədəniyyət təqvimində özünə möhkəm yer qazanmış bu tədbir artıq üçüncü dəfə ədəbiyyatsevərləri bir araya gətirir.

Layihə ilk dəfə 2023-cü ildə İstanbul Servantes İnstitutu və İspaniyanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşdirilmişdi.

Məqsəd – ispan dilində danışan ölkələrin yazıçılarını bir məkanda toplayaraq, üç gün ərzində ədəbi fikir mübadiləsinə şərait yaratmaqdır.

Bu ilki – 2025-ci il buraxılışında 10-dan artıq ispandilli ölkənin nümayəndələri iştirak edəcək.

Tədbir çərçivəsində İstanbul və Ankarada panellər, müzakirələr, ədəbi təqdimatlar, imza günləri və “Tipografía Iberoamericana” adlı sərgi keçiriləcək.

Qeyd edək ki, həmçinin nəşriyyatların təqdimat guşələri də fəaliyyət göstərəcək.

Избранный
34
2
kulis.az

3Источники