RU

Azərbaycan derbisinə doğru: Qollar

İndiyədək keçirilmiş Azərbaycan derbilərində "Qarabağ"ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Ümumilikdə isə 103 oyunçu rəqib qapılarına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.

İlk qolu 1992-ci ildə "Qarabağ"ın futbolçusu Zaur Qarayev vurub. 1:1 hesabı ilə bitən görüşdə paytaxt klubunun heyətində Ərani Beydiyev fərqlənib.

Azərbaycan millisinin hücumçusu, "Qarabağ"ın sabiq üzvü Mahir Emreli derbilərin bombardiridir – 9 qol. Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( "Qarabağ" ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir. "Neftçi"nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqləniblər.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

UEFA Gənclər Liqası: Azərbaycan komandaları növbəti matçlarına çıxaacaqlar

Kiberpolis “Qarabağ” – “Çelsi” oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib

Millimizin dünya çempionatındakı rəqibləri bəlli olub

"Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"

II Liqa: VII tura yekun vurulub

Избранный
11
1
apasport.az

3Источники