RU

Norveç hökuməti Ukraynaya yardım üçün vəsait ayırmağa çağırır

Siyasətçilər Norveç hökumətini 1,8 trilyon avroluq suveren sərvət fondundan Ukraynanı dəstəkləmək üçün istifadə etməyə çağırırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Avropanın "Euractiv" nəşrinə istinadən bildirir.

“Neftlə zəngin Norveçdə siyasətçilər hökumətə təzyiq edirlər ki, Ukraynaya dəstək vermək və dayanmış Aİ planının həyata keçirilməsinə zəmanət vermək üçün 1,8 trilyon avroluq suveren fond açsın”. Beş siyasi partiya, o cümlədən leyboristlərin baş naziri Jonas Gahr Störe dəstək verən dörd partiyadan üçü Norveçi Ukraynaya kredit üçün zamin olmağa çağırıb.

Избранный
38
1
operativmm.az

2Источники