RU

Dünyanın 9 ölkəsində maliyyə fırıldaqçılarına qarşı irimiqyaslı əməliyyatlar həyata keçirilib

Beynəlxalq əməliyyat zamanı hüquq-mühafizə orqanları Avropa, Asiya və Şimali Amerikanın bir sıra ölkələrində, o cümlədən Almaniyada maliyyə fırıldaqları və çirkli pulların yuyulması ilə məşğul olan şübhəli cinayətkarları hədəf alaraq axtarışlar aparıblar.

QHT.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Cinayət İdarəsi (BKA) məlumat yayıb. Müstəntiqlərin fikrincə, şübhəlilər 193 ölkədəki qurbanların bank kartı məlumatlarından istifadə ediblər. Agentlik əlavə edib ki, cinayətkarlar saxta saytlar vasitəsilə onlayn xidmətlərə 19 milyondan çox abunə yaradıblar.

Fırıldaqçılar həmçinin Almaniyada ödənişləri həyata keçirmək üçün dörd əsas ödəniş xidmətinə qanunsuz giriş əldə etməkdə şübhəli bilinirlər. Axtarışlar Almaniya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Sinqapur, İspaniya, ABŞ və Kiprdə çoxsaylı yerlərdə aparılıb. BKA-dan bildiriblər ki, bir neçə nəfər saxlanılıb.

Kriminal polis idarəsi əlavə edib ki, faktiki ziyan bir neçə yüz milyon avro təşkil edir.

 

R.İmanov

 

Избранный
8
1
qht.az

2Источники