RU

BBC Trampın Kapitoli barədə çıxışının saxtalaşdırılmasında iştirakını təkzib etdi

Britaniyanın BBC teleradio şirkəti ABŞ prezidenti Donald Trampın çıxışının saxtalaşdırılmasında onunla əlaqəsi olmayan "October Films Ltd." prodüser şirkətinin iştirak etdiyini bildirib. 

HİT.az-ın məlumatına görə, BBC nümayəndəsi qeyd edib ki, qurum yayılan saxta materialla bağlı məlumatı diqqətlə araşdırır.

"Daily Telegraph" qəzeti noyabrın 3-də Trampın çıxışının saxtalaşdırıldığını diqqətə çatdırıb. Qəzetin məlumatına görə, "BBC Panorama" verilişi 2024-cü ilin oktyabrında tamaşaçılarda yanlış təəssürat yaradıb - guya ABŞ prezidenti tərəfdarlarına əllərindən gələnin hamısını edərək mübarizə aparmaq çağırışı edib.

Əslində isə Tramp tərəfdarlarına sakit və vətənpərvər şəkildə səslərinin eşidilməsini təmin etmək üçün onlarla birgə gedəcəyini demişdi.

Verilişdə bundan sonra ABŞ bayraqları ilə Kapitoliyə doğru irəliləyən insanların kadrləri göstərilib və bu, sanki Trampın "çağırışına" cavab kimi təqdim olunub. Lakin həmin kadrların prezidentin çıxışına qədər çəkildiyi məlum olub.

Samir

Избранный
4
6
hit.az

8Источники