RU

Gürcüstan polisindən "qanuni oğru"lara qarşı əməliyyat - Mirzə Əliyev öldürüldü

Gürcüstan polisi Laqodexi rayonunun Kabali kəndində "qanuni oğru"lara qarşı xüsusi əməliyyat keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, əməliyyat zamanı həbs edilməli olan Mirzə Əliyev xüsusi təyinatlıların əsgərlərinə atəş açıb. Nəticədə xüsusi təyinatlı əsgərlərdən biri döş qəfəsindən ağır xəsarət alıb, Mirzə Əliyev cavab atəşi ilə zərərsizləşdirilib.

Qeyd olunur ki, əməliyyat zamanı kriminal aləmin 34 üzvü saxlanılıb. Onlar cinayət işində ittiham olunurlar. 

Избранный
5
2
redaktor.az

4Источники