RU

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin məhkəməsi başlayır

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə saxlanılan 3 əcnəbi ilə bağlı başlanan cinayət işi üzrə istintaq tamamlanıb.

Hurriyyet.az APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyev icraatına verilib. Məhkəmə yaxın günlərdə başlayacaq.

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Избранный
4
25
hurriyyet.az

10Источники