RU

Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard manatdan çox vəsait daxil olub

Bakı. Trend:

Bu ilin yanvar - oktyabr aylarında İqtisadiyyat Nazirliyiyanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard378,4 milyon manat vergi daxil olub, proqnoza 105,5 faiz əməledilib.

Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlətbüdcəsinə vergi daxilolmaları 229,9 milyon manat və ya 1,6 faizartıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 411,8 milyonmanat olub, proqnoz 103,0 faiz icra edilib. Əvvəlki ilin müvafiqdövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 860,3 milyonmanat və ya 9,0 faiz artıb.

Ödənilən vergilərin 72,4 faizi qeyri-neft-qaz sektorunun, 27,6faizi isə neft-qaz sektorunun payına düşüb.

2025-ci ilin yanvar – oktyabr aylarında muzdlu işçi sayının vəəməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlətsosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyonmanat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiqdövrü ilə müqayisədə 12,1 faiz və ya 563,0 milyon manatdan çoxartıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eynidövrü ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 503,5 milyon manatolub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eynidövrü ilə müqayisədə 11,1 faiz artıb və 185,5 milyon manat təşkiledib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 faiz artaraq141,8 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eynidövrünə nisbətən 10,5 faiz artıb və 916,2 milyon manatdan çoxtəşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 faizartaraq 650,0 milyon manat olub.

Избранный
30
9
az.trend.az

5Источники