RU

Müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş keçirilib - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Reabilitasiya Pansionatında müharibə ilə əlaqədar əlilliyi olan daha bir qrup şəxslə görüş təşkil edilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, agentliyin İdarə Heyətinin sədr müavini Vüqar Məmmədov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, onların reabilitasiyası və sosial inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, reabilitasiya mərkəzlərində yaradılmış müasir şərait, fərdi yanaşma və psixososial dəstək proqramları həmin kateqoriyadan olan vətəndaşların yenidən və daha tez sağlamlıqlarına qovuşmalarına xidmət edir.

Qeyd olunub ki, möhtəşəm Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində aparılan işlərdən bəhs olunub. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onlardan artıq 238 nəfərin əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyduqları bildirilib.

Dövlət Məşğulluq Agentliyinin Tərəfdaşlarla iş departamentinin müdir müavini Vüqar İmanov müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası üçün xüsusi proqramların həyata keçirildiyini deyib. Onların məşğulluğu, peşə bacarıqlarının artırılması, kiçik biznes fəaliyyətinə cəlb olunması və digər istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

Müharibə iştirakçıları ölkəmizdə qurulan müasir reabilitasiya sistemi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri, xüsusilə son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər, eləcə də məşğulluq tədbirləri ilə bağlı razılıqlarını ifadə ediblər.

Görüşdə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və həyat keyfiyyətlərinin artırılması, eləcə də sosial reabilitasiyası istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Избранный
8
6
sia.az

7Источники