Dünyaca məşhur brendlərlə tərəfdaşlıq sayəsində biz bölgədə lüks yaşayış üçün yeni standart müəyyən edirik. Bu layihə sadəcə yaşayış məkanı deyil — ustalıq, zəriflik və detallara qüsursuz diqqət üzərində qurulmuş fövqəladə bir həyat tərzini təmsil edir.” “The Residences at The St. Regis, Baku”da həyat şəhərin müasir enerjisini və dəniz sahilinin sakitliyini bir araya gətirir. Burada səhərlər Xəzər dənizinin ürək açan mənzərəsi ilə başlayır, gündəlik həyat isə dinamika və lüksün mükəmməl balansı ilə keçir. Unikal yerləşmə, bənzərsiz xidmət səviyyəsi və St. Regis brendinin nüfuzu sayəsində “The Residences at The St. Regis, Baku” layihəsi regionun ən arzuolunan ünvanlarından biri olmağa namizəddir. Əlaqə üçün: Vebsayt: www.srresidencesbaku.com
Email: [email protected]
Telefon: *2024 / 051 201 32 32
Satış ofisi: Port Baku Residences, Ü. Hacıbəyov və K. Səfərəliyeva küçələrinin kəsişməsi PASHA Real Estate haqqında www.pasharealestate.az PASHA Real Estate, PASHA Holding-in bir hissəsi olaraq, Azərbaycanın aparıcı inkişaf və investisiya şirkətidir.
Şirkət Azərbaycanda, Türkiyədə, Gürcüstanda, Monteneqroda və Özbəkistanda yerləşən müxtəlif aktivlər portfelini idarə edir. Bu portfelə yaşayış kompleksləri, kommersiya mərkəzləri, lüks otellər və kurortlar daxildir. PASHA Real Estate öz strateji yanaşması, layihələrinin yüksək keyfiyyəti və şəhərlərin gələcəyini formalaşdıran unikal obyektlər yaratmaq missiyası ilə tanınır. Hüquqi Qeyd: The Residences at The St. Regis Baku layihəsi Marriott International, Inc. və ya onun törəmə şirkətlərinə (“Marriott”) məxsus deyil, onlar tərəfindən inşa edilmir və satılmır.
Aypara Development LLC, Marriott şirkətindən əldə etdiyi St. Regis lisenziyası əsasında bu brendin ad və nişanlarından istifadə edir. Marriott bu mətndə göstərilən bəyanatların və ya təqdim edilən məlumatların dəqiqliyini təsdiq etmir. Reklam hüququnda