RU

Avropa İttifaqının hava və dəniz nəqliyyatının “yaşıl” keçidinə 100 milyard avro həcmində investisiya tələb olunacaq

Bakı. Trend:

Avropa İttifaqının aviasiya və dəniz nəqliyyatını 2035-ci iləqədər bioyanacağa və sintetik elektrik yanacağa keçirməsi üçün 100milyard avro həcmində investisiya tələb olunacaq.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası tərəfindəntəqdim edilən dayanıqlı nəqliyyat üzrə investisiya planında qeydolunur.

“Dayanıqlı yanacağa keçid məqsədlərinə nail olmaq üçün Avropaİttifaqına 2035-ci ilə qədər 20 milyon ton bioyanacaq və elektrikyanacağı lazım olacaq ki, bu da təxminən 100 milyard avroməbləğində özəl investisiyanın cəlb edilməsini tələb edəcək”, -sənəddə bildirilir.

Avropa Komissiyası öz növbəsində bu məqsədlər üçün Aİbüdcəsindən 2,9 milyard avro investisiya etməyi təklif edib vəbunun özəl investisiyalar üçün katalizator rolunu oynayacağınainanır.

Избранный
71
az.trend.az

1Источники