RU

Bild: "Ukrayna Pokrovsk şəhərini itirir"

Hurriyyet.az xəbər verir ki, "Bild" nəşri Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadla Pokrovskda vəziyyətin ağır olduğunu bəyan edib.  Şəhərin 80 faizi Rusiya qüvvələrinin əlindədir.

Almaniyanın "Bild" nəşri döyüşlərdə iştirak edən ukraynalı hərbçilərə istinadla Rusiya qoşunlarının Pokrovsk şəhərinin sərhədlərini aşdığını və Ukrayna bölmələrini tamamilə mühasirəyə almağı hədəfə alaraq irəlilədiyini bildirib.

Rəsmi olaraq Kiyev şəhərin "saxlandığını" və Rusiya ordusunun geri çəkildiyini iddia edir. Lakin Ukrayna Silahlı Qüvvələri əsgərlərinin sözlərinə görə, real vəziyyət daha pisdir.

Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti "Bild" müxbirinə deyib: ""Rusiya hazırda bütün qüvvələrini bu bölgəyə atır. Vəziyyət olduqca ağırdır. Şəhərin 80 faizini itirmişik və qalan 20-si uğrunda mübarizə aparmağa davam edirik, amma orada da itiririk. Mirnoqraddakı və daha cənubdakı uşaqlar daha pis vəziyyətdədirlər - onlar faktiki olaraq mühasirəyə alınıblar".

Hürr Tərcüman

 

Избранный
39
hurriyyet.az

1Источники