RU

Professor Kaan Orxan: 80 il böyük kollektivin və elm məbədinin qürurverici tarixidir

Bakı, 5 noyabr, AZƏRTAC

AMEA-nın fəaliyyət göstərdiyi 80 il adi bir ömür deyil, bu, müxtəlif elmi araşdırmalar yolunda daim çalışan, mübarizə aparan böyük bir kollektivin və elm məbədinin qürurverici tarixidir.

Ankara Universiteti həm təhsil, həm də elmi-tədqiqat sahələrində AMEA-nın institutları ilə sıx əlaqələrə malikdir. Azərbaycan elminin dərin kökləri və güclü elmi-tədqiqat ekosistemi var. Buna görə də həm mövcud, həm də gələcək əməkdaşlıqlar vasitəsilə Azərbaycan elminə daha böyük töhfə verəcəyimizə inanırıq. Eyni zamanda, Azərbaycandan gələn alim dostlarımızla birlikdə bu əlaqələri daha da inkişaf etdirməyə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ankara Universitetinin rektor köməkçisi dekan, professor Kaan Orxan deyib. O qeyd edib ki, Ankara Universiteti bütün sahələrdə köklü elmi araşdırmalara malikdir. Universitet 1946-cı ildən fəaliyyət göstərir və bu ali məktəb gələn il 80 illiyini qeyd edəcək.

Избранный
18
2
azertag.az

3Источники