RU

"Azərbaycanda donor olmaq istəyənlərin sayı artıb"

"Azərbaycanda donor olmaq istəyənlərin sayında artım müşahidə olunur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova qeyd etdi.

Onun sözlərinə görə, bu artım xüsusilə ilk meyit donordan orqan köçürüləndən sonra nəzərə çarpıb:

“İnsanlar başa düşdülər ki, bu, xeyirxah bir addımdır və orqanların paylanması tam şəffaf şəkildə, elektron sistem vasitəsilə həyata keçirilir. Burada insan faktoru yoxdur. Donorun qan qrupuna uyğun xəstələr avtomatik olaraq müəyyən edilir və müvafiq həkimlərlə əlaqə saxlanılır,” – deyə Abbasova bildirib.

Nuriyyə NATİQQIZI

Избранный
33
1
redaktor.az

1Источники