RU

Məbəddə elektron siqaretə görə 99 illik QADAĞA ilə 2,5 MİLYON CƏRİMƏ

Tailandda məbədə elektron siqaret çəkən turist 99 illik giriş qadağası və 2,5 milyon rubl cərimə alıb.

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki.

Tailandda buddist məbədində elektron siqaret çəkən rusiyalı turist saxlanılıb. Polis onu yerindəcə tutub bölməyə aparıb. Məlumata görə, ona 2,5 milyon rubl ekvivalentində (təxminən 144 000 AZN) cərimə və ölkəyə 99 illik giriş qadağası veriləcək.

Bu nəticə nisbətən yüngül sayılır. Çünki Tailand qanunlarına görə elektron siqaretə görə 10 ilə qədər həbs nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
75
interpress.az

1Источники