RU

Ronaldo milyarder olmasından danışdı: Anladım ki, pul vacibdir, amma...

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo dünyanın ilk milyarder futbolçusu olması ilə bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, o, oktyabrın əvvəlində “Bloomberg” nəşrinin futbolçunun sərvətinin 1,4 milyard dollar həddinə çatdığını elan etməsinə münasibət bildirib:

“Bu, doğru deyil. Mən çoxdan milyarderəm (gülür). 39 yaşımda. Öz vəziyyətimdən xəbərdaram, bəli, tam dəqiqliklə yox, amma ümumilikdə bilirəm. Mənim maliyyə işlərimlə məşğul olan insanlar var. Hər gün əlaqə saxladığım bir nəfər var, biz birlikdə struktur, investisiya və imkanları müzakirə edirik. Hər şey mənim nəzarətimdədir. Axı bu, mənim həyatım, mənim pulumdur.

Milyarder olduğumu anlayanda nə hiss etdim? Bilirdim ki, bu, bir gün baş verəcək. Ona görə də hazır idim. Düzünü desəm, inanılmaz dərəcədə xoşbəxt idim. Bu, “Qızıl top”u qazanmaq kimidir. Hər kəsin məqsədləri olur - ev tikmək, maşın almaq və s. Mənim məqsədim isə bu səviyyəyə çatmaq idi. Pulun əsiri deyiləm, amma o, həyatın bütün sahələrində kömək edir.

Избранный
11
2
publika.az

3Источники