RU

Qızların təhsildə yüksəlişi cəmiyyətin gələcəyi üçün dəyişiklik olacaq Sədr

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Son illərin təhsil statistikasına baxdıqda oğlan şagird və tələbələrin akademik göstəricilərində geriləmə açıq şəkildə müşahidə olunur. Bu tendensiya təkcə Azərbaycana xas deyil.  Bu, artıq qlobal miqyasda müşahidə olunan bir haldır. Qadınların və xüsusilə qız uşaqlarının təhsilinə verilən önəm cəmiyyətlərdə ciddi dəyişikliklərə gətirib çıxarır”.Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, rolların dəyişməsi, qadınların daha aktiv sosial və iqtisadi iştirakçılara çevrilməsi əmək bazarında da yeni reallıqlar formalaşdırır:“Şəxsən mən hər zaman qızların təhsil almasının tərəfdarı olmuşam. Təhsilli qadın təkcə şəxsi inkişaf üçün deyil, həm də uğurlu və sağlam ailə modeli qurmaq üçün önəmlidir. Bu, qadının ailədə üstün rolu anlamında deyil, daha çox sağlam və şüurlu tərbiyə mühiti yaratması baxımından vacibdir. Dünyanın bir çox ölkəsində aparılan müşahidələr göstərir ki, qızlar təhsil mühitinə daha tez uyğunlaşırlar, daha intizamlı olurlar və uğur əldə etmək üçün daha ardıcıl çalışırlar. Oğlanlar isə, bəzi hallarda, hiperaktiv davranışlar və sosial yönümlü maraqlara görə təhsildə nisbətən geri qalırlar”.İ.Orucov qeyd edib ki, bu da təhsil sistemində oğlanların daha az təmsil olunmasına səbəb olur:“Eyni zamanda, artıq biz qızların yalnız ənənəvi ixtisas sahələrində deyil, mühəndislik, informasiya texnologiyaları və rəqəmsallaşma kimi sahələrdə də fəal iştirak etdiyini görürük. Bu da əmək bazarında gender balansının dəyişəcəyini göstərir. Bununla belə, oğlanların təhsildəki aktivliyinin artırılması üçün də konkret modellər düşünülməlidir. Məsələn, kişi müəllimlərin sayının artırılması, oğlanlar üçün maraqlı təhsil metodlarının tətbiqi və texniki sahələrə yönəlik dəstək proqramları bu tendensiyanı balanslaşdıra bilər. Qızların təhsildəki üstünlüyü həm müsbət bir inkişaf, həm də yeni çağırışlar doğurur. Bu istiqamətdə atılacaq düzgün addımlar sayəsində həm qadınların, həm də kişilərin cəmiyyətə bərabər töhfə verməsi təmin edilə bilər. Təhsil strategiyaları da bu reallıqlara uyğun şəkildə formalaşdırılmalıdır”.Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
demokrat.az

1Источники