Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Salman Musayev Konstitusiya və Suverenlik İli çərçivəsində keçirilən "Fərqliliyin rəngi" adlı festivalda dilə gətirib. O vurğulayıb ki, dövlətimiz hər bir dini icmanın nümayəndələrinin azad yaşamasına şərait yaradıb, onlara ehtiramla yanaşıb. "Tolerantlıq bəzən "məcburi dözümlülük" kimi səslənir, ancaq bizim cəmiyyətimiz dözümlülük göstərmir, səmimi-qəlbdən hörmət bəsləyir. Bu məqam 44 günlük Vətən müharibəsində də özünü doğrultdu. Bütün dinlərin nümayəndələri Azərbaycan bayrağı və torpağı naminə döyüşdü, yaralandı, yaxud şəhid oldu", - sədr müavini bildirib. Salman Musayevin sözlərinə görə, bir-birimizə hörmət və ehtiram şəraitində yaşamağımız qürur mənbəyimizdir. AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.